İstismara veriləndən BTC ilə 540 milyon tona yaxın neft nəql edilib

İqtisadiyyat - 4 May 2023 15:22 A A

Bu ilin birinci rübü ərzində Baki-Tbilisi-Ceyhan neft kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 34 milyon dollar, əsaslı xərclərə isə 10 milyon dollar vəsait xərclənilib.

Xəbər15 BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin birinci rübünün nəticələrinə dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2023-cü ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 539 milyon tondan çox (4 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5314 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. BTC-nin ümumilkdə 4 milyard barel neft ixracına nail olması əlamətdar bir uğur kimi 18 yanvar 2023-cü il tarixində qeyd edilmişdir.

“Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 7 milyon ton (təxminən 53 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 70 tankerə yüklənmiş və yola salınıb”, – hesabatda qeyd olunur.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.

Oxunma sayı: 351
İqtisadiyyat - 15:22 A A
OXŞAR XƏBƏRLƏR