Jalə Əliyeva: Ölkəmizin Kahramanmaraşda “Azərbaycan” prospektinin bərpasına başlaması qardaşlıq yardımının davamıdır
![](https://xeber15.com/wp-content/uploads/2023/04/MyCollages-2023-04-14T041339.905.cropped.830x400.jpg)
Qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində dağıntılara məruz qalan yerlərdən biri də Kahramanmaraşda yerləşən “Azərbaycan” prospekti idi. İstər yaşayış evlərinin, istərsə də iaşə obyektlərinin tikintisinə qısa bir müddətdə başlanması, eyni zamanda, Azərbaycanın adını daşıyan prospektdə bərpa işlərinin görülməsi barədə qərar əlbəttə ki, gözlənilən və doğru addım idi.
Bu fikirləri Xəbər15-ə açıqlamasında Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan Türkiyəyə yardımlarını həmin günlərdə də, indi də əsirgəmir. Çünki biz də Türkiyədən hər zaman yardım, dəstək görmüşük. Zəlzələ baş verən andan həm Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən, həm Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən, həm hökumətin ayrı-ayrı qurumları, həm də xalqımız tərəfindən adekvat və təxirə salınmaz reaksiyalar verildi. Azərbaycan Parlamenti də öz yardımını göstərdi. Kahramanmaraşda Azərbaycanın adını daşıyan prospektin bərpası ilə bağlı verilən xəbər də həmin qardaşlıq yardımının, dəstəyin davamı kimi qəbul edilməlidir.
“Bu, həmçinin simvolik məna daşıyır. Azərbaycanın adını daşıyan prospekt Azərbaycanın özü kimi hər zaman mövcud olacaq. Buraya yolu düşən hər kəs ölkəmizi sülhün, inkişafın, əmin-amanlığın təminatçısı kimi tanıyacaq və görəcək”, – deyə Jalə Əliyevə vurğulayıb.
Oxunma sayı: 1091-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib