Kənd təsərrüfatı XƏBƏRLƏRİ
-
Azərbaycan ilə Türkiyə arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib. Xəbər15 məlumat verir ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiqlənməsi barədə qanun layihəsi Milli Məclisin aprelin 23-də keçirilən iclasının gündəliyinə daxil edilib. Saziş 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanıb. Sənəd iki ölkə arasında kənd təsərrüfatı sahəsində […]
-
Azərbaycan parlamenti Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib. Xəbər15 bildirir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
-
Bu ilin I rübündə Azərbaycanda 1 milyard 444,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Xəbər15 Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur. Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 2,9 % artaraq 76,1 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1 % […]
-
2023-cü ildə tarlalardan 224,5 min ton (5,6 faiz çox) üzüm yığılıb. Xəbər15 Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2023-cü ildə qarğıdalı da daxil olmaqla tarlalardan 3248,6 min ton və ya 2022-ci ilə nisbətən 2,8 faiz çox dənli və dənli paxlalı bitkilər, 1010,5 min ton (5,9 faiz az) kartof, 1825,6 min ton (0,1 faiz çox) […]
-
Azərbaycanın quşçuluq sektorunda ilk baş verib. Belə ki, ilk dəfə olaraq ölkəmizdən xaricə damazlıq yumurta ixracı reallaşıb. Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyanın İctimaiyyətlə əlaqələr və analitika departamentindən Xəbər15-ə bildirilib ki, Assosiasiyanın üzvü olan “Giləzi Quşçuluq” ASC tərəfindən Küveytə həyata keçirilən ixrac Azərbaycan quşçuları üçün çox mühüm hadisədir. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi […]
-
Aqrar Sığorta Fondu sığorta hadisələri nəticəsində zərər çəkən fermer və təsərrüfatlara ödənişlərini davam etdirir. Fonddan Xəbər15-ə bildirilib ki, Goranboy rayonundan olan fermer İsmayıl Əsgərovun rayonun Şadılı kəndində yerləşən təsərrüfatı sel-subasma və dolu hadisəsi nəticəsində zərər çəkib. Ekspertlər tərəfindən zərərin həcmi müəyyən edilib və dəymiş zərərin qarşılığı olaraq fermerə 35 min 618 manat ödəniş edilib. Əkin […]
-
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 131 min ABŞ dolları dəyərində fındıq və fındıq məhsulları idxal edib. Xəbər15 bildirir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % azdır. Təkcə oktyabr ayında isə Türkiyə Azərbaycana 15 min ABŞ dolları dəyərində fındıq və fındıq məhsulları […]
-
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin Naxçıvan bölməsi fəaliyyətə başlayıb. Xəbər15 bildirir ki, bu barədə Muxtar Respublikanın Kənd Təsərrüfatı Nazirliyində keçirilən tədbirdə məlumat verilib, həmçinin həyata keçiriləcək layihələr müzakirə olunub. FAO-nun Türkiyədəki nümayəndəsi Sumiter Broca, Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisi rəhbərinin müavini Bariz Mehdiyev, Naxçıvan Nazirlər Kabinetinin Aqrar Məsələlər […]
-
Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracında Türkiyənin milli aviadaşıyıcısı – “Türk Hava Yolları” (THY) şirkətinin müvafiq sahədə ixtisaslaşmış “THY Hava Kargo Taşımacılığı” SC-nin xidmətindən yararlana bilər. Xəbər15 Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu məqsədlə qurumda türk şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə nazirliyin məsul şəxsləri, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı üzrə ixtisaslaşmış assosiasiyaların […]
-
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qətərin paytaxtı Dohada keçirilən İslam Əməkdaşlığı Təşkilatının Ərzaq Təhlükəsizliyi və Kənd Təsərrüfatının İnkişafı üzrə 9-cu Nazirlər Konfransında iştirak edib. Xəbər15 nazirliyə istinadən bildirir ki, konfransda kənd yerlərinin inkişafının təşviqi, qida israfının qarşısının alınması, su ehtiyatlarının səmərəli idarə olunması, aqrar sahəyə investisiyaların artırılması, kənd təsərrüfatı sektorunda rəqəmsal transformasiyanın gücləndirilməsi və digər […]
-
Oktyabrın 2-də Azərbaycanın Aqrar Sığorta Fondu və Türkiyənin Kənd Təsərrüfatı Sığortaları sisteminin (TARSİM) rəhbərliyi arasında görüş keçirilib. Xəbər15 məlumat verir ki, görüşdə TARSİM ilə Aqrar Sığorta Fondu arasında əməkdaşlığın genişləndirilməsi, işğaldan azad olunan ərazilərin inkişafında aqrar sığortanın rolu, aqrar sığorta mexanizmi üzrə Azərbaycan təcrübəsinin digər ölkələrdə tətbiqi məsələləri müzakirə edilib. Bildirilib ki, səfər zamanı oktyabrın […]
-
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı və II Türk Dövlətləri Aqro Biznes Forumu çərçivəsində ikitərəfli görüşlər keçirib. Xəbər15 bildirir ki, nazir əvvəlcə Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı ilə görüşüb. Görüşdə Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizdə aqrar sahənin inkişafı istiqamətində görülən işlərə dair […]