Təhsil XƏBƏRLƏRİ
-
Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Kapadokya Universiteti arasında anlaşma memorandumu və “Erasmus” mübadilə protokolu imzalanıb. Bu barədə Xəbər15-ə BDU-dan məlumat verilib. Memorandum və protokolu BDU-nun rektoru Elçin Babayev və Kapadokya Universitetinin rektoru Hasan Ali Karasar imzalayıblar. Anlaşma memorandumunda birgə konfransların, seminarların, simpoziumların keçirilməsi, ortaq elmi-tədqiqat layihələrinin işlənməsi, akademik və inzibati heyətin, tələbə, doktorant və […]
-
Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin rektoru professor Alptekin Yasimin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub. UNEC-dən Xəbər15-ə bildirilib ki, rektor Ədalət Muradovla görüşdə professor Alptekin Yasiminə universitetin tədris prosesi, elektron universitet modeli, diferensial əməkhaqqı sistemi (DƏHS), imtahanların keçirilməsi və tələbə biliyinin qiymətləndirilməsi, beynəlxalq əlaqələr və sahələr barədə məlumat verilib. Türkiyəli qonaqlar UNEC-in DƏHS-ni, tələbə biliyinin […]
-
Məktəblərdə hadisə qurbanı və mahiyyəti kənarda qalıb emosional davranış əsas götürülürsə bu, yaxşı deyil. Xəbər15 bildirir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, hər il məktəblərdə xoşagəlməz hadisə baş verir: “Belə hallar bu gün də var, sonra da olacaq. Bütün dünyada vəziyyət […]
-
Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq. Xəbər15 bildirir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat tədbirində deyib. Onun sözlərinə görə, sənəd qəbulu sentyabrın 13-nə qədər davam edəcək. E.Bağırov qeyd edib ki, Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi mayın 3-dən sentyabrın 13-dək olacaq: “Tədris digər dillərdə aparılan […]
-
Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib. Xəbər15 bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu” təsdiq edilib. Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycanın Elm və Təhsil Nazirliyi […]
-
Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların siyahısı genişlənib. Xəbər15 bildirir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, siyahının Elm və Təhsil Nazirliyi üzrə bölməsinə “Qarabağ Universiteti -fəlsəfə doktoru üzrə” bəndi əlavə edilib.
-
Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır. Xəbər15 bildirir ki, müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilkin olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdiriləcək. Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunmuş şəhid ailələrinin üzvləri aprelin 17-si saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq […]
-
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə olmaqla internet vasitəsilə aparılır. Ərizə qəbulunun birinci mərhələsi 2024-cü il martın 1-dən 15-dək həyata keçirilib. Həmin mərhələdə ali təhsil müəsssisələrinə (o cümlədən V ixtisas qrupu üzrə) və tam (11 illik) orta təhsil bazasında kollecə qəbul olmaq istəyənlər qeydiyyatdan keçiblər. Dövlət İmtahan Mərkəzindən Xəbər15-ə verilən […]
-
Aprelin 21-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın keçiriləcək. Bu barədə Xəbər15-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, aprelin 21-də Bakı şəhərinin Xəzər – 2, Nizami, Pirallahı rayonlarında, Sumqayıt – 2, Abşeron – 2, Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir – 2, Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad – 2, Masallı – 2, Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, […]
-
Aprelin 7-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb. Xəbər15 məlumat verir ki, 2024-cü il aprelin 7-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış olmaq mümkündür. Qeyd […]
-
Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Rizvan Qənbərov işdən azad edilib. Bu barədə Xəbər15-ə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd edilib ki, martın 29-da Agentliyin nümayəndələri Tovuz Dövlət Sosial-İqtisadi Kollecində monitorinq keçiriblər. Monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb. Nəticədə 4 aprel 2024-cü il tarixli əmrlə Kollecin direktoru ilə bağlanmış əmək müqaviləsinə […]
-
Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin bağçalara nəzarət etdiyi aylar ərzində məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinqlər zamanı 40-a yaxın müdir işdən çıxarılıb. Xəbər15 məlumat verir ki, bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova deyib. Onun sözlərinə görə, eyni zamanda, 246 nəfər xəbərdarlıq, töhmət və şiddətli töhmət alıb.