Kocaelidə Ümummilli Liderin anadan olmasının 100 illiyi qeyd olunub

Siyasət - 9 May 2023 14:06 A A

Kocaelidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) və Kocaeli Heydər Əliyev Mədəniyyət Evinin təşkilatçılığı ilə konfrans keçirilib.

İSBAM-dan Xəbər15-ə bildirilib ki, konfransı giriş sözü ilə açan Heydər Əliyev Mədəniyyət Evinin rəhbəri Bilal Dündar Azərbaycan-Türkiyə qardaşlığının, sıx əlaqələrin qurulmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu bildirib. O qeyd edib ki, Ulu Öndərin “Bir millət, iki dövlət” tezisi Azərbaycanla Türkiyə arasındakı münasibətlərin dərin tarixi köklərə əsaslandığını göstərir.

Daha sonra İSBAM-ın sədri Samir Adıgözəlli çıxış edərək bugünkü Azərbaycan-Türkiyə strateji əlaqələrinin inkişafında və birgə beynəlxalq layihələrin həyata keçirilməsində Prezident İlham Əliyevin siyasi addımlarının rolunu vurğulayıb.

S.Adıgözəlli bildirib ki, Azərbaycan və Türkiyə ağır və xoş günlərdə daim bir-birilərinə dəstək olub. Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiyə ictimaiyyəti və mətbuatı ölkəmizə ideoloji sahədə böyük dəstək verdi. O, Azərbaycanın haqq səsinin Türkiyədə, eləcə də beynəlxalq aləmdə çatdırılması üçün Kocaelidəki Heydər Əliyev Mədəniyyət Evi Dərnəyinin rəhbəri Bilal Dündarı və Kocaeli TV-nin sahibi və aparıcısı Turqay Tüysüzü “Zəfər Media” medalı ilə təltif edib.

Oxunma sayı: 591
Siyasət - 14:06 A A
OXŞAR XƏBƏRLƏR