“Konyaspor”un hücumçusu Azərbaycan millisindən kənarlaşdırılıb

İdman - 20 Mart 2023 14:54 A A

“Konyaspor”un hücumçusu Mahir Emreli Azərbaycan millisindən kənarlaşdırılıb.

Xəbər15 məlumat verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Türkiyə Super Liqasında çıxış edən “Konyaspor” klubunun hücumçusu zədə səbəbindən yığmanın qarşıdakı oyunlarında iştirak etməyəcək. O, ölkə çempionatının XXVI turunda “Qalatasaray”la (2:1) matçda zədələnib.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də Avstriya, 27-də isə İsveçə qarşı AVRO-2024-ün seçmə mərhələ oyununa çıxacaq. Hər iki qarşılaşma səfərdə baş tutacaq.

Oxunma sayı: 370
İdman - 14:54 A A
OXŞAR XƏBƏRLƏR