M.F.Axundzadə adına Milli Kitabxanada Türkiyədən gələn mütəxəssislərin iştirakı ilə treninqlər keçiriləcək
Aprelin 26-da Milli Kitabxanada Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Nazirliyin tabeliyində olan kitabxanalarda “Koha” Avtomatlaşdırılmış Kitabxana Sisteminin tətbiqi ilə bağlı treninqlərə başlanılıb.
Kitabxanadan Xəbər15-ə bildirilib ki, Milli Kitabxananın direktoru Kərim Tahirov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmri ilə Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin yeni Avtomatlaşdırılmış İdarəetmə Sisteminə keçdiyi barədə danışıb.
Qeyd edilib ki, bu prosesin həyata keçirilməsi 3 mərhələdə – elektron kataloqun yaradılması, elektron kitabxananın yaradılması və audiokitab bazasının yaradılması mərhələlərini əhatə edir.
Bununla əlaqədar olaraq, aprelin 26-29-da M.F.Axundzadə adına Milli Kitabxanada Türkiyədən gələn mütəxəssislərin iştirakı ilə treninqlər keçiriləcək.
Treninqlərdə Bakı, Gəncə, Qax, Ağdaş, Quba Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları iştirak edirlər.
Açılış zamanı Koha Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sistemi haqqında müzakirələr olub, sistemin üstünlükləri haqqında fikirlər səsləndirilib.
Qeyd edək ki, 4 gün boyunca davam edəcək treninqdə kitabxana əməkdaşlarına təcrübi məşğələlər və təlimlərin keçirilməsi nəzərdə tutulur.
Oxunma sayı: 412-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb