Macarıstanın “MOL” şirkəti Bakı-Tbilisi-Ceyhan ilə göndərilən Azərbaycan neftindən istifadəyə başlayıb
Macarıstanın “MOL” şirkəti Slovakiyanın paytaxtı Bratislavadakı neft emalı zavodunda (NEZ) müxtəlif növ yanacaq istehsalı üçün Azərbaycan neftindən istifadə etməyə başlayıb.
Xəbər15 şirkətin mətbuat xidmətinə istinadən məlumat verir ki, əvvəlcə neft dəniz yatağından Bakı yaxınlığındakı Səngəçal terminalına nəql edilib və oradan “MOL”un səhmdarından biri olduğu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Aralıq dənizindəki Türkiyə limanına vurulub.
“90 min ton xam neft Türkiyənin Ceyhan limanından Xorvatiyaya çatdırılıb və o, Adriatik boru kəməri ilə “MOL”un törəmə müəssisəsinin Slovakiyadakı NEZ-nə daşınacaq”, – Macarıstan şirkəti bildirib.
Oxunma sayı: 1264OXŞAR XƏBƏRLƏR
-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub