Mardin və Diyarbəkir Mitropoliti: Heydər Əliyev bütün dinlərə və xalqlara böyük dəyər verirdi
Mardin və Diyarbəkir Mitropoliti Filuksinos Saliba Özmen Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.
Xəbər15 məlumat verir ki, məktubda deyilir:
“Görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu bu əlamətdar günlərdə Zati-alinizə ən dərin ehtiramımı bildirmək istəyirəm. Tarixi şəxsiyyət olan atanız Azərbaycanda müstəqil və güclü dövlətin qurulmasının əsasını qoyub.
Bu qüdrətli ölkədə Heydər Əliyev bütün dinlərə və xalqlara böyük dəyər verərək, onların qarşılıqlı harmoniyada yaşamasını təmin edib. Bu gözəl ənənə Azərbaycanda indi də layiqincə davam etdirilir. Azərbaycanda səfərdə olan hər kəs bunun əyani şahidi olur.
Cənab Prezident, mərhum atanızın yolunu davam etdirərək Zati-alinizin dinlərarası dialoqun gücləndirilməsi istiqamətində göstərdiyiniz səylər təqdirəlayiqdir. Biz bunun da əyani şahidləriyik.
Ulu Öndər Heydər Əliyevin xatirəsini onun 100 illik yubileyinin qeyd olunduğu bu günlərdə rəhmət və hörmətlə anırıq. Ruhu şad, məkanı cənnət olsun!”.
Oxunma sayı: 305-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb