Martda Türkiyədə Azərbaycan kapitalı ilə 70-ə yaxın şirkət qeydiyyata alınıb

İqtisadiyyat - 28 Aprel 2023 17:00 A A

2023-ci ilin mart ayında Türkiyədə Azərbaycan kapitalı ilə 69 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10 şirkət çoxdur.

Xəbər15 məlumat verir ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının artması ilə yanaşı, onların ümumi kapıtalı da artıb. Ötən ay Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 70,5 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 18,5 milyon türk lirəsi təşkil edib.

Cari ilin mart ayında 59 Azərbaycan şirkəti İstanbulda qeydiyyata alınıb.

İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 63,7 milyon türk lirəsi təşkil edib.

Bu ilin fevral ayında Türkiyədə Azərbaycan kapitalı ilə 37 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Oxunma sayı: 375
İqtisadiyyat - 17:00 A A
OXŞAR XƏBƏRLƏR