Milli Məclisin bir qrup deputatı mayın 11-də Türkiyəyə səfər edəcək

Siyasət - 10 May 2023 15:22 A A

Milli Məclisin bir qrup deputatı prezident və parlament seçkilərini müşahidə etmək üçün mayın 11-də Türkiyənin Ankara və İstanbul şəhərlərinə səfər edəcəklər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Xəbər15-ə bildirilib ki, səfər çərçivəsində Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Ağalar Vəliyev və Anar Məmmədov TÜRKPA, Azay Quliyev ATƏT PA-nın xətti ilə Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə hazırlıqla tanış olacaq, seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Deputatlar Rafael Hüseynov və Kamal Cəfərov isə qardaş ölkədəki seçkiləri AŞPA-nın xətti ilə müşahidə edəcəklər.

Oxunma sayı: 364
Siyasət - 15:22 A A
OXŞAR XƏBƏRLƏR