Milli Müdafiə Universitetinin rektoru Türkiyəyə gedib, hərbi əməkdaşlıq məsələlərini müzakirə edib

Ordu - 12 İyul 2023 14:32 A A

Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti qardaş Türkiyəyə səfər edib.
Bu barədə Xəbər15-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində general-leytenant H.Piriyev Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu ilə görüşüb.
Milli Müdafiə Universitetinin rektoru xatirə kitabına ürək sözlərini yazıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu vurğulanıb, təcrübə mübadiləsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi qeyd olunub. Birgə əməkdaşlıq çərçivəsində hərbi təhsilin daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında müzakirələr aparılıb.
Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Milli Müdafiə Universitetində və tabeliyindəki təhsil müəssisələrində də olub. Qonaqlara tədris müəssisələrinin yaranma tarixi və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Oxunma sayı: 329
Ordu - 14:32 A A
OXŞAR XƏBƏRLƏR