Moldovada Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib
Ümummilli Lider, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar təntənəli tədbir keçirilib.
Xəbər15 məlumat verir ki, tədbirdə Moldovadakı Azərbaycan səfirliyi və Moldova Azərbaycanlıları Konqresi (MAK) ilə birlikdə ölkənin rəsmiləri, MR-da akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Konqresin üzvləri, eləcə də Azərbaycan diasporunun nümayəndələri də olmaqla 40-a yaxın şəxs iştirak edib.
Tədbirdən əvvəl iştirakçılar Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Daha sonra Ümummilli Liderin əziz xatirəsi ilə bağlı Azərbaycanın Moldovadakı səfirliyinin konsulu Dmitriy Panin, ölkə parlamentinin deputatı, Azərbaycan-Moldova dostluq qrupunun sədri Vitaliye Jakot, MAK sədri Elçin Bayramov, eləcə də Azərbaycan diasporunun ağsaqqalı Rəhimov Maarif çıxış ediblər.
Deputatı Vitaliye Jakot bildirib ki, Heydər Əliyev ölkəsinə ləyaqətlə rəhbərlik edib, onun müdrik qərarları sayəsində Azərbaycan bütün dünyada çiçəklənən məşhur bir dövlətə çevrilib.
Öz növbəsində, MAK sədri Elçin Bayramov vurğulayıb ki, bu gün dünyanın bir çox yerində Heydər Əliyevin doğum gününü qeyd etməklə onun unudulmaz xatirəsinə dərin ehtiramlarını bildirirlər: “Bunun əlaməti olaraq edə biləcəyimiz ən yaxşı əməl Ümummilli Liderimizin vəsiyyət etdiyi kimi, tərəqqi, həmrəylik və vətənə sevgi yolu ilə inamla davam etməkdir”.
Tədbir iştirakçıları Azərbaycanın şirin təamları və ənənəvi çay süfrəsi ətrafında söhbətlə başa çatıb.
Oxunma sayı: 457
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib