Müəllim: Azərbaycan və Türkiyənin qardaşlıq əsasında qurulmuş əlaqələri bundan sonra daha da möhkəmlənəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu ilin mart ayının 16-da Türkiyənin paytaxt şəhəri Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Sammitin açılışını edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Prezidenti İlham Əliyevə şəxsən öz adından və bütün Türkiyə xalqının adından təşəkkürü bildirdi.
Fevral ayının 6-da Qardaş Türkiyə Cümhuriyyətinin bir neçə bölgəsində geniş sahələri əhatə edən təbii fəlakət – zəlzələ baş verdi və bu, bütün türk dövlətlərini, o cümlədən də ən çox Azərbaycan dövlətini və xalqını dərindən sarsıtdı. Məhz yaşanmış bu dərin, üzücü hadisənin fəsad və ağrılı-acılı nəticələrini aradan qaldırmaq üçün Türk Dövlətləri Birliyi Prezident İlham Əliyevin möhtəşəm təşəbbüsü ilə bir araya gəlib, qardaş Türkiyənin hərtərəfli yanında olduğunu bir daha göstərdi.
Xəbər15 məlumat verir ki, bu fikirləri Zəngilan rayon 7 nömrəli tam orta məktəbin müəllimi Simuzər Quliyeva deyib.
O bildirib ki, “Güc birlikdədir”, “El gücü, sel gücü” kimi müqəddəs sözlərlə ruhunu bəsləyən türklər hələ dədəmiz Qorqud dövründən dara düşən, çətinliyə düçar olan qardaşının harayına haray vermiş, dərdini öz dərdi, düşmənini düşmən, dostunu da dost bilmişdir. Bu gün də əsrlərdən bəri sevərək daşıyıb gətirdiyimiz bu birliyimiz, türkçülüyümüz pis günlərdə mərhəmətimiz, yaxşı günlərimizdə qürurumuz, sevincimizdir.
“Azərbaycanımızın da ən çətin günlərində qardaş Türkiyə Cümhuriyyəti və bütün türk xalqı qanla yazdığımız qızıl tarix səhifəsinin 44 gününü bizimlə birlikdə olmuş, bu birliyimiz, həmrəyliyimiz gücümüzə güc, ruhumuza ruh qatmış və bu birliyimiz düşmənin başına endirilən ən ağır zərbəmiz olmuşdur. Bu fikirlərini və düşüncələrini hər kəslə qürurla paylaşan Prezident İlham Əliyev Türkiyənin bu gün hərbi gücünün, müdafiə sənayesinin inkişafını və uğurlu fəaliyyətini bütün dünya görür və bununla hesablaşır, hörmət edir deyərək Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir fikrini qətiyyətlə söyləmişdir”, – deyə S.Quliyeva vurğulayıb.
Orta məktəb müəllimi qeyd edib ki, bütün Türk dünyası coğrafi mövqeyinə görə uzaq olsa da, lazım gəldiyi anlarda bir nəfəs qədər yaxın, bir olub və olacaq. Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır.
Oxunma sayı: 559-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb