Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib

Təhsil - 18 May 2023 13:56 A A

Ötən ilin mayında Biləsuvar Rayon İcra Hakimiyyətində Türkiyə Respublikasının Dənizli vilayətinin Çameli şəhərindən gələn nümayəndə heyəti ilə Biləsuvar rayonu arasında dostluq əlaqələrinin qurulması məqsədilə imzalanan “Qardaşlaşmış şəhərlər” haqqında protokoldan sonra qarşılıqlı olaraq hər iki tərəf əməkdaşlığın yüksək səviyyədə inkişafına və əlaqələrimizin daha da güclənməsinə öz töhfələrini verir.

Xəbər15 məlumat verir ki, hazırda bu məqsədlə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin bir qrup nümayəndə heyəti Türkiyə Respublikasında işgüzar səfərdədir.

Kompleksin icraçı direktoru Aqşin Bağırovun rəhbərliyi ilə Türkiyə Respublikasında səfərdə olan heyət, əvvəlcə Türkiyənin tanınmış liseyi Dənizlidəki Erbakır Fen lisesinin kollektivi ilə görüşüb.

Görüşdə hər iki tərəf qurulacaq qarşılıqlı münasibətlərin formasını, müəllimlərin və şagirdlərin qarşılıqlı elm və təhsil mübadiləsinin, nəzərdə tutulan müxtəlif bilik yarışmalarının və təcrübələrin bölüşdürülməsinin yollarını müzakirə ediblər.

Dənizli Ərbakır Fənn liseyinin əməkdaşları ilə tanış olan heyətimiz “Gənclik” festivalının açılışında da iştirak ediblər.

Nümayəndə heyətimiz  Dənizlidəki Azərbaycan Qarabağ Parkında olaraq, burada Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, şəhidlərimizin əziz xatirəsinə ağac əkmişlər.

Səfər çərçivəsində Çameli şəhərinə gələn Biləsuvar Təhsil Kompleksinin nümayəndə heyəti Çameli Kaymakamlığında Kaymakam Kübra Eroğlu ilə görüşüb.

Görüş zamanı onlara göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Aqşin Bağırov qeyd edib ki, təhsil sahəsində əlaqələrimizi  daha da inkişaf etdirmək üçün çalışacağıq.

Görüşlər zamanı qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.

Oxunma sayı: 398
Təhsil - 13:56 A A
OXŞAR XƏBƏRLƏR