Mustafa Şentop: Türkiyənin hazırkı hakimiyyəti Azərbaycan vasitəsilə Orta Dəhlizin reallaşmasına çalışır
Azərbaycanın Qarabağı azad etməsindən narahat olan bir adamın Türkiyədə siyasətlə məşğul olması çətindir.
Xəbər15 məlumat verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop “Haber Global”a müsahibəsində deyib.
O bildirib ki, Türkiyənin hazırkı hakimiyyəti Azərbaycan vasitəsilə Orta Dəhlizin reallaşmasına çalışır: “Azərbaycanı görməzdən gəlməyi başa düşə bilmirəm. Cümhuriyyət Xalq Partiyası (CHP) nümayəndələri Qarabağ məsələsində Türkiyə və Azərbaycanı ittiham edirdi”.
M Şəntop söyləyib ki, Azərbaycansız Türk yolu və Türk dünyası yoxdur.
Oxunma sayı: 321OXŞAR XƏBƏRLƏR
-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub