NATO-nun nümayəndə heyəti “N” hərbi hissəsini ziyarət edib
Ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuzun rəhbərlik etdiyi nümayəndə heyəti “N” hərbi hissəsini ziyarət edib.
Müdafiə Nazirliyindən Xəbər15-ə bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hərbi hissənin ərazisindəki abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Qonaqlara hərbi hissənin tarixi, əsas fəaliyyət istiqaməti, eləcə də NATO-Azərbaycan əlaqələri haqqında brifinq təqdim olunub, ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Sonra hərbi hissənin silahlanmasında olan döyüş vasitələri ilə tanış olan nümayəndə heyətinə onların taktiki-texniki göstəriciləri haqqında ətraflı məlumat verilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Oxunma sayı: 477
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib