Naxçıvanda “Ziraat” bankı açılacaq
Gələn həftə Türkiyənin iş adamlarından ibarət böyük nümayəndə heyəti Naxçıvana gələcək.
Xəbər15 məlumat verir ki, bunu Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya deyib.
“Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələr gələcəkdə çox sürətlə inkişaf edəcək. “Ziraat” bankı açılacaq. Türkiyə-Naxçıvan ticarət dərnəyi qurmaq istiqamətində hazırda işlər davam edir”.
Baş konsul vurğulayıb ki, iki ölkə arasında əlaqələr inkişaf edir:
“Münasibətlərimiz hər sahədə inkişaf edir, biz də Baş Konsulluq olaraq burada başda səlahiyyətli nümayəndə olmaqla bütün dövlət rəhbərləri ilə gözəl əlaqələr qurmuşuq. Xalqlarımız və ölkələrimiz arasındakı birliyə əlimizdən gəldiyi qədər töhfə verməyə çalışırıq.
Bu il həm Türkiyə, həm də Azərbaycan üçün çox önəmlidir. Türkiyə Cümhuriyyətinin yaradılmasının, eyni zamanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Ulu Öndərlə bağlı bir çox tədbirlər keçirilir. Qarşıdan gələn aylarda biz də bu münasibətlə bir neçə tədbir təşkil etməyi nəzərdə tuturuq. İnanırıq ki, həmin tədbirləri yüksək səviyyədə keçirə biləcəyik”.
Oxunma sayı: 167-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub