Nazir Pərviz Şahbazov İstanbulda Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək
Martın 14-15-də İstanbulda Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə 26-cı Avrasiya İqtisadi Zirvəsi keçiriləcək.
Energetika Nazirliyindən Xəbər15-ə bildirilib ki, “İnamsızlığı bitir, əməkdaşlığa başla” devizi altında baş tutacaq tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Tədbir çərçivəsində energetika nazirinin Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar panel sessiyada çıxışı nəzərdə tutulur.
Oxunma sayı: 597OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib