“Neftçi” İzmirdə “Brügge” ilə qarşılaşacaq
Türkiyədə 12 yaşadək futbolçular arasında keçirilən “İzmir Cup” turnirində qrup mərhələsi başa çatıb.
Xəbər15 məlumat verir ki, 72 komandanın qatıldığı yarışda 1/16 final mərhələsinin iştirakçıları müəyyənləşib.
Azərbaycanı qardaş ölkədə “Qarabağ” və “Neftçi”nin yeniyetmələri təmsil edirlər. “Qarabağ”dan fərqli olaraq, “Neftçi” qrup səddini aşmağı bacarıb. Bakı təmsilçisi qrupu ilk dördlükdə bitirməklə mübarizəni davam etdirmək hüququna yiyələnib.
Bakı klubu 1/16 finalda Belçika təmsilçisi “Brügge” ilə qarşılaşacaq.
Qeyd edək ki, “Neftçi” qrup mərhələsində “Beşiktaş”ı (Türkiyə) 1:0, “Vesterloo”nu (Belçika) 1:0, “Urla Bələdiyyəsi”ni (Türkiyə) 3:0 məğlub edib, “Zenit”ə (Rusiya) 0:6 və “Mets”ə (Fransa) 0:1 uduzub.
Oxunma sayı: 460OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib