“Neftçinin 12 yaşadək futbolçuları “İzmir Cup” beynəlxalq turnirinə qatılacaq
“Neftçi” klubunun 12″ yaşadək futbolçulardan ibarət komandası aprelin 6-dan 9-dək İzmirdə keçiriləcək “İzmir Cup” beynəlxalq turnirində iştirak edəcək.
Xəbər15 Bakı təmsilçisinə istinadla məlumat verir ki, baş məşqçi Vaqif Əliyevin yetirmələri H qrupunda Türkiyənin “Beşiktaş”, “Giresunspor”, İzmir şəhərinin çempionu, İtaliyanın “Yuventus”, Almaniyanın “Şalke”, Fransanın “Mets”, Belçikanın “Vesterlo” və Rusiyanın “Zenit” klubları ilə mübarizə aparacaqlar.
Yetmiş iki komandanın mübarizə aparacağı turnirdə Türkiyənin “Qalatasaray” və “Fənərbağça” klubları ilə yanaşı, PSJ (Fransa), “Bavariya” (Almaniya), “Mançester Siti” (İngiltərə) və “Çelsi” (İngiltərə) kimi Avropa nəhəngləri də yarışacaq.
Oxunma sayı: 475OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib