Nyu-Yorkda Azərbaycan və Türkiyə rəsmilərinin iştirakı ilə Ulu Öndərə həsr edilmiş gecə keçirilib
ABŞ-ın Nyu-York şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş gecə keçirilib.
Xəbər15 məlumat verir ki, tədbir Azərbaycanın ABŞ-dakı səfirliyinin, Azərbaycan və Türkiyənin BMT yanında daimi nümayəndəliklərinin birgə təşkilatçılığı və Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun ev sahibliyi ilə Türk Evində baş tutub.
Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, Türkiyənin BMT yanındakı daimi nümayəndəsi Sedat Önal, Dünya Ahıska Türkleri Birliği – DATÜB Amerika Təmsilçisi Şuhrat Temirov, TASC Türk Cümhuriyyətləri direktoru Muhammet Sami Görgülü, həmçinin Nyu-York şəhərində yerləşən diplomatik nümayəndəliklərin əməkdaşları, elmi-tədqiqat mərkəzlərinin nümayəndələri və iş adamları, Azərbaycan və türk diasporunun nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Xəzər İbrahim Ulu Öndər Heydər Əliyevin bəşər tarixinin yetişdiriyi nadir şəxsiyyət olduğunu deyib.
O əlavə edib ki, tarixin ən çətin dövrlərində müdrik zəkası və demokratik dövlət quruculuğu prinsiplərinə sadiq uzaqgörən siyasəti ilə Heydər Əliyev Azərbaycanı sağlam təməllər üzərində yenidən inşa edib: “O, bütün ömrü boyu Azərbaycanın azadlığı, istiqlalı, müstəqilliyi üçün əzmlə, fədakarlıqla mübarizə aparıb”.
X.İbrahim Heydər Əliyevin əziz xatirəsinin dünya var olduqca hər bir azərbaycanlının qəlbində yaşayacağını vurğulayıb.
Gecədə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın qurucusu kimi daxili və xarici siyasəti, uzaqgörən siyasət nəticəsində ölkəmizin rifahının təmin edilməsi, Azərbaycanın regionda və dünyada nüfuzunun artmasında göstərdiyi müstəsna xidmətlərindən danışıb. Ulu Öndərlə bağlı xatirələrini bölüşən Y.Əliyev Heydər Əliyevin ABŞ və BMT ilə əlaqələrinin qurulması və inkişafındakı rolu, eləcə də bu gün regionun və Avropanın enerji təhlükəsizliyinə verdiyi əvəzsiz töhfələr barədə bəhs edib.
Türkiyənin BMT yanındakı daimi nümayəndəsi Sedat Önal isə Ulu Öndərin sadəcə Azərbaycanda deyil, türk dünyasında əvəzsiz imzasının olduğunu bildirib. O, Heydər Əliyevin Türkiyə-Azərbaycan qardaşlığına verdiyi əvəzsiz tövhələrindən bəhs edib.
Mərasimdə Amerikanın Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri və DATÜB Amerika Temsilciliği Təmsilcisi Şuhrat Temirov “Heydər Əliyev ve Ahıska Türkləri” mövzusunda çıxış edib.
Oxunma sayı: 336-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub