Özbəkistan və Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadəni genişləndirməyi düşünür
Daşkənddə keçirilən ticarət-iqtisadi əməkdaşlıq üzrə Özbəkistan-Gürcüstan hökumətlərarası komissiyasının 9-cu iclası çərçivəsində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolundan istifadənin genişləndirilməsi məsələsi müzakirə olunub.
Xəbər15 Özbəkistan KİV-ə istinadla məlumat verir ki, Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev ilə Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili nəqliyyat və logistika sahəsində tərəfdaşlığı, həmçinin Gürcüstanın Qara dənizdəki limanlarının inkişafı məsələlərini müzakirə ediblər.
Bundan başqa, tərəflər investisiya, sənaye, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın gələcək inkişaf perspektivlərini nəzərdən keçiriblər.
Oxunma sayı: 444OXŞAR XƏBƏRLƏR
-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub