Peter Siyarto: “Azərbaycan və Türkiyədən daha çox təbii qaz almağı planlaşdırırıq”

İqtisadiyyat - 1 Sentyabr 2023 13:43 A A

Macarıstan Azərbaycan və Türkiyədən daha çox təbii qaz almağı planlaşdırır ki, bu da Bolqarıstan ərazisindən tranzit daşıma ehtiyacını artıracaq.

Xəbər15 məlumat verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Bolqarıstan Prezidenti Rumen Radev ilə telefon danışığından sonra sosial şəbəkədəki hesabında bildirib.

Nazir bildirib: “Biz son illərdə Macarıstan-Bolqarıstan əlaqələrinin inkişafında mühüm rol oynayan Bolqarıstan Prezidenti Rumen Radevlə telefonla danışdıq. Bolqarıstan təbii qaz tranziti sahəsində həmişə etibarlı tərəfdaş olub. Bu gün enerji sahəsində əməkdaşlığımızın gücləndirilməsi mövzusu da müzakirə olunub. Macarıstan Azərbaycan və Türkiyədən getdikcə daha çox təbii qaz almağı planlaşdırdığı üçün bizim Bolqarıstan vasitəsilə tranzit daşımalara ehtiyacımız artacaq”.

Siyartonun sözlərinə görə, Rumen Radev onu əmin edib ki, Macarıstan bu məsələdə Bolqarıstana arxalana bilər.

Tərəflər razılaşıblar ki, 2024-cü ildə Ukrayna vasitəsilə Rusiya qazının Avropaya nəqlinin dayandırılması ehtimalı Bolqarıstan-Serbiya-Macarıstan nəqliyyat marşrutunun (“Türk axını”nın Bolqarıstan və Serbiya ərazisindən keçən qolu olan “Balkan axını” nəzərdə tutulur – red.) rolunu artıracaq.

Oxunma sayı: 255
İqtisadiyyat - 13:43 A A
OXŞAR XƏBƏRLƏR