Prezident İlham Əliyev Türkiyənin sənaye və texnologiya nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edib.
Xəbər15 məlumat verir ki, Türkiyənin ilk yerli elektromobili “Togg”un istehsalı ilə bağlı təbriklərini çatdıran dövlətimizin başçısı onun Bakıya gətirilməsindən məmnunluğunu bildirdi, bununla bağlı Türkiyə dövlətinin başçısına minnətdarlığını ifadə etdi.
Azərbaycan Prezidenti bu tipli avtomobilin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirdi.
Dünən Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşünü xatırladan Prezident İlham Əliyev qardaş ölkədə son illərdə həm müdafiə sənayesi, həm də mülki sənaye sahələrində yüksək texnoloji məhsulların istehsal olunduğunu dedi, bunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının zəkası, istedadı və əməyi nəticəsində ərsəyə gəldiyini vurğuladı və “Togg”un istehsalına başlanılmasının da bu baxımdan yaxşı nümunə olduğunu bildirdi.
Dövlətimizin başçısı əldə olunan bütün bu uğurlar münasibətilə Türkiyə Prezidentinə, dost və qardaş Türkiyə xalqına təbriklərini çatdırdı.
Mustafa Varank “Togg”un ikinci avtomobilinin Azərbaycanda olmasından Türkiyə Prezidenti və xalqının qürur hissi keçirdiyini bildirdi.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən sənaye və texnologiya sahələrində inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Oxunma sayı: 411-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub