“Qalatasaray”ın əfsanəvi futbolçuları Azərbaycana gəlir
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə Türkiyədə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş futbol matçı keçiriləcək.
Xəbər15 məlumat verir ki, oyun “Qalatasaray”ın UEFA kubokunu qazanmasından 23 il sonra İstanbulda “Florya Metin Oktay” təsislərində baş tutacaq.
Qardaşlıq görüşündə “Qalatasaray”ın əfsanəvi futbolçularından qurulmuş komanda Azərbaycan idman jurnalistlərinin yığması ilə üz-üzə gələcək.
AİJA-nın bu təşəbbüsü “Qalatasaray” idman klubu tərəfindən müsbət qarşılanıb. Klubdan AİJA-ya göndərilən məktubda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və “Qalatasaray”ın UEFA kubokunu qazanmasının 23-cü ildönümü münasibətilə keçiriləcək qardaşlıq görüşünün mayın 17-də baş tutacağı bildirilib.
Oxunma sayı: 372-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub