“Qarabağ” – “Qalatasaray” oyununun biletlərinin satışa çıxarılacağı vaxt açıqlanıb
Ağdamın “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçiriləcək yoldaşlıq oyununun biletlərinin satışa çıxarılacağı tarix açıqlanıb.
Xəbər15 Ağdam təmsilçisinə istinadla məlumat verir ki, matçın biletləri martın 16-da saat 11:00-dan etibarən satışda olacaq.
Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat təşkil edəcək.
Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassaları, “Iticket.az”ın satış məntəqələri, “Park Bulvar”da yerləşən “Qarabağ”ın fan-şopu və “iticket.az”dan əldə etmək mümkündür.
Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda oynanılacaq “Qarabağ” – “Qalatasaray” görüşü saat 20:00-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib