“Qarabağ” – “Qalatasaray” xeyriyyə matçından əldə olunan gəlirin məbləği açıqlanıb
Martın 26-da “Qarabağ” və “Qalatasaray” futbol klubları arasında xeyriyyə matçı keçirilib. Əvvəlcədən də bəyan edildiyi kimi bu oyundan gələn gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək. Oyunun gəlirləri 1 milyon 90 min 455 manat, təxminən 12 milyon 336 min Türkiyə lirası olub.
Xəbər15 “Qarabağ” klubuna istinadla məlumat verir ki, bu gəlirlərin bir hissəsi (Türkiyədə oyunun yayım hüququndan gələn və Türkiyədən verilmiş reklam gəlirləri) “Qalatasaray” tərəfindən açılmış yardım hesabına köçürüləcək.
Bilet satışı, meydan ətrafı reklam gəlirləri, həmçinin Azərbaycanda yayım haqqından gələn və digər gəlirlər isə qısa zamanda Türkiyədəki uyğun hesaba göndəriləcək.
Bakı Olimpiya Stadionunda oynanılmış “Qarabağ” – “Qalatasaray” matçı qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oxunma sayı: 401-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib