Qazaxıstan 20 milyon ton neftini Bakı-Tbilisi-Ceyhan ilə ixrac edəcək
Qazaxıstan 20 milyon ton neftini Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri ilə ixrac etməyi qarşısına məqsəd qoyub.
Xəbər15 məlumat verir ki, bu sözləri Qazaxıstanın ticarət və inteqrasiya naziri Jumanqarin Serik Makaşeviç Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 19-cu iclasının sonunda jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, BTC boru kəməri 40 faiz doludur və tranzit daşıma üçün 20 milyon ton həcm qalır.
“Cari ilin mart ayı ərzində BTC marşrutu ilə 20 min ton tranzit daşıma həyata keçirilib. Aprel ayı ərzində isə BTC ilə 125 min ton tranzit daşıma nəzərdə tutulub”, – deyə nazir vurğulayıb.
Oxunma sayı: 395OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib