Qazaxıstan səfiri: Orta dəhliz Azərbaycan və Türkiyə vasitəsilə Çindən Avropaya daşınmanı asanlaşdıra bilər

İqtisadiyyat - 4 Sentyabr 2023 11:34 A A

Orta dəhlizlə məhsullar Qara dəniz və Xəzər dənizindən istifadə edilməklə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Türkiyə kimi ölkələr vasitəsilə Çindən Avropaya asan daşına bilər.

Xəbər15 məlumat verir ki, bunu Qazaxıstanın Cənubi Koreyadakı səfiri Nurqali Arıstanov ölkəsinin Konstitusiya Günü ilə əlaqədar səfirlikdə keçirilən tədbirdə deyib.

Arıstanov Cənubi Koreyanı Qazaxıstanın Xəzərdə dəniz limanlarının inkişafına yönəlmiş Orta Dəhliz təşəbbüsündə iştirak etməyə çağırıb.

“Cənubi Koreya gəmiqayırma sahəsində qlobal liderdir və biz bu sahədə əməkdaşlıq edə bilərik”, – deyə səfir bildirib.

Oxunma sayı: 274
İqtisadiyyat - 11:34 A A
OXŞAR XƏBƏRLƏR