Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyib və dəstəkləyir”
Azərbaycan Ermənistanla uzunmüddətli sülhə sadiqliyini dəfələrlə nümayiş etdirib. İrəvandan da oxşar mövqe gözləyirik.
Xəbər15 Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə bildirib.
Türkiyə lideri əmin edib ki, Ankara Bakı ilə İrəvan arasında uzunmüddətli sülhün nail olunmasına maksimum töhfə verməyə davam edəcək.
“Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyib və dəstəkləyir”, – deyə Türkiyə Prezidenti vurğulayıb.
Eyni zamanda, siyasətçi Ermənistan tərəfindən işğal olunmuş 4 kəndin Azərbaycana qaytarılması barədə razılaşmadan məmnunluğunu ifadə edib.
Türkiyə dövlətinin başçısı Azərbaycanla əlaqələrin səviyyəsini yüksək qiymətləndirib və buna misal olaraq Türkiyənin zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin tikintisi layihəsini qeyd edib. “Kahramanmaraşda tikilən evlər ölkələrimiz arasındakı qırılmaz qardaşlıq bağlarının növbəti simvoludur”, – deyə Türkiyə Prezidenti vurğulayıb.
Oxunma sayı: 281-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub