Şərqşünas alim Samsunda keçirilən beynəlxalq konfransa qatılıb
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova Türkiyənin Samsun şəhərində keçirilən III Beynəlxalq Qara dəniz Modern Elmi Araşdırmalar Konfransında onlayn iştirak edib.
İnstitutdan Xəbər15-ə bildirilib ki, Bolqarıstan Elmlər Akademiyası, lKSAD İnstitutu, Buxarest Universiteti, Qara dənizə çıxışı olan ölkələrin Elmi Assambleyası, Qara dəniz strateji araşdırma və tətbiq mərkəzlərinin birgə təşkilatçılığı ilə baş tutan konfransa 30-dan çox ölkənin alim və tədqiqatçıları qatılıb.
Şərqşünas alim konfransda “Dalğa”ya çevrilən arx və ya Güney Azərbaycanın igid qızı” adlı məruzə ilə çıxış edib. Auditoriyadakı xarici nümayəndələrin müxtəlifliyini nəzərə alan məruzəçi çıxışını Azərbaycan adlı vahid məmləkətin mənfur güclərin əli ilə ikiyə parçalandığı tarixə ekskursla başlayıb, iki əsrdən çox davam edən milli-azadlıq mücadiləsinin bu gün daha kəskin və ciddi mərhələyə keçid aldığını konfrans iştirakçılarının nəzərinə çatdırıb. Güneyimizdə yaşananlarla son dərəcə paralellik təşkil edən, səsləşən məruzədə şairə, müəllimə, inqilabçı, ömrünün 29-cu baharında SAVAKla silahlı atışmada qətlə yetirilən Mərziyə Üskuyinin həyat və yaradıcılıq yoluna işıq salınıb. Şairənin mübarizələrdə keçən həyatının mündəricəsini xatırladan poetik irsi filoloji aspektdə təhlil olunub.
Oxunma sayı: 398-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub