Şərqşünaslıq İnstitutunda Türkiyə hekayəçiliyindən bəhs edən kitab işıq üzü görüb

Təhsil - 2 Mart 2023 18:02 A A

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Lalə Qasımlının “XX əsrin II yarısında Türkiyə hekayəçiliyində ənənə və novatorluq (Mustafa Kutlunun hekayələri əsasında)” kitabı işıq üzü görüb.

İnstitutdan Xəbər15-ə bildirilib ki, filologiya elmləri doktorları, professorlar Əsgər Rəsulov və Elman Quliyevin redaktor olduğu kitabda Türkiyə ədəbiyyatında hekayə janrının tarixi keçmişi tədqiq olunub, yazıçı Mustafa Kutlunun hekayələri əsasında hekayəçilikdə ənənə və novatorluq məsələləri öyrənilib.

Türkiyə hekayəçiliyində ənənə və novatorluğun Mustafa Kutlunun əsərləri əsasında tədqiqi Azərbaycanda bu mövzuda yazılmış ilk elmi araşdırmadır. Monoqrafiya giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

Monoqrafiyanın birinci fəsli Türkiyə ədəbiyyatında hekayə janrının təşəkkülü və təkamülü haqqındadır. Bu fəsildə hekayənin Türkiyə ədəbiyyatındakı tarixi inkişaf yolundan söz açılıb, köhnə tip hekayəçilikdən müasir hekayəçiliyə keçid prosesi araşdırılıb, ən yeni dövr Türkiyə hekayəçiliyi nəzərdən keçirilib. İkinci fəsildə Mustafa Kutlunun həyatı, ədəbi mühiti və bədii-estetik dünyagörüşü araşdırılıb. Yazıçının hekayələrində ənənə və novatorluq məsələləri monoqrafiyanın üçüncü fəslində tədqiq edilib. Bu fəsildə, həmçinin Mustafa Kutlunun keçid dövrü hekayələri, eləcə də şifahi xalq ədəbiyyatından bəhrələnərək yazdığı hekayələr təhlil olunub.

Oxunma sayı: 716
Təhsil - 18:02 A A
OXŞAR XƏBƏRLƏR