“Sabah” – “Beşiktaş” oyununun hakimləri açıqlanıb
“Sabah”la Türkiyənin “Beşiktaş” klubu arasında keçiriləcək xeyriyyə oyununun hakimləri müəyyənləşib.
AFFA-dan Xəbər15-ə verilən məlumata görə, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq yoldaşlıq görüşünü Tural Qurbanov idarə edəcək.
Ona Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, “Sabah” – “Beşiktaş” matçı saat 18:00-da başlayacaq. Qarşılaşmadan əldə olunacaq gəlir Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara göndəriləcək.
Oxunma sayı: 435OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib