“Sabah” – “Beşiktaş” xeyriyyə oyununda qalib müəyyənləşməyib
Bakının “Sabah” və Türkiyənin “Beşiktaş” futbol klubları arasında xeyriyyə oyunu keçirilib.
Xəbər15 məlumat verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçda “Sabah”ın start heyətində Yusif İmanov, Abdulaye Ba, Elvin Camalov, Kristian da Silva, Amin Seydiyev, Aleksey İsayev, Boyan Letiç, Coy-Lens Mikels, Emmanuel Apeh, Con İrasabal və Aleksey Kaşuk yer alıblar.
“Beşiktaş”ın heyətində isə meydana Mert Günok, Valentin Rosier, Onur Bulut, Kerem Atakan Keskin, Necip Uysal, Berkay Vardar, Velinton, Semih Kılıçsoy, Cekson Muleka, Aleksandru Maksim və Umut Meraş çıxıblar.
Baş hakim Tural Qurbanovun idarə etdiyi oyuna “Sabah” klubu daha fəal başlayıb. Komada azarkeşlərini erkən qol ilə sevindirib. Oyunun 3-cü dəqiqəsində Aleksey Kaşuk Bakı təmsilçisini hesabda önə keçirib. İki dəqiqə sonra A.Kaşuk yenidən rəqibi meydanın mərkəzinə dəvət edib.
Oyunun 23-cü dəqiqəsində “Beşiktaş”ın müdafiəçisi Umut Meraş hesab arasındakı fərqi azaldıb. Görüşün 44-cü dəqiqəsində U.Meraş komandasının və özünün ikinci qolunu vurub. Matçın ilk hissəsi 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
İkinci hissədə komandalar hərəyə bir dəfə fərqləniblər. Qarşılaşmanın 63-cü dəqiqəsində İstanbul təmsilçisinin mərkəz hücumçusu Cenk Tosun penaltini dəqiq yerinə yetirib. Matçın 70-ci dəqiqəsində “Sabah”ın gürcüstanlı hücumçusu Davit Volkov hesaba tarazlıq gətirib.
Beləliklə, xeyriyyə matçı 3:3 hesablı bərabərliklə başa çatıb.
Matçdan əldə olunacaq gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım üçün göndəriləcək.
Oxunma sayı: 296-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub