Sahibə Qafarova: Oleq Matveyçevin Azərbaycan və Türkiyəyə qarşı ittihamları qəbuledilməzdir
Oleq Matveyçevin Azərbaycan və Türkiyəyə qarşı ittihamları, onun “Azərbaycanın münaqişəyə təhrik etməsi haqqında” iddiaları böyük təəssüf doğurur və tamamilə qəbuledilməzdir.
Xəbər15 məlumat verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə ünvanladığı məktubunda bildirilir.
“Xüsusilə təəssüf doğurur ki, belə bir “rəy” Dövlət Dumasında informasiya siyasətinə cavabdeh olan komitənin sədr müavini tərəfindən ifadə olunur”, – spiker qeyd edib.
Məktubda vurğulanır ki, informasiya fəaliyyətində iştirak edən rəsmi şəxs kimi O.Matveyçev regiondakı vəziyyətə daha aydın baxışa malik olmalı, həmçinin başa düşməli idi ki, bu cür bəyanatlar Rusiya Federasiyasının vasitəçilik fəaliyyətinə kölgə salır.
Oxunma sayı: 540-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib