Selçuk Bayraktar Bakıda keçiriləcək tədbirə dəvət olundu
“Azərkosmos” Türkiyənin İstanbul şəhərində keçirilən “TEKNOFEST Türkiyə” festivalı çərçivəsində oktyabrın 2-6-da Bakıda təşkil olunacaq Beynəlxalq Astronavtika Konqresi ilə bağlı aktiv təbliğat işləri həyata keçirib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Xəbər15-ə bildirilib ki, qurumla birgə milli pavilyonda təmsil olunan “Azərkosmos” festivalın iştirakçılarına fəaliyyəti və konqres haqqında geniş təqdimatlar nümayiş edib.
Festivalda Azərbaycan pavilyonunu ziyarət edən “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri Selçuk Bayraktar Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub.
Festival çərçivəsində İstanbul şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu ilə birgə Türkiyənin aparıcı universitet və təhsil müəssisələrində – Boğaziçi Universiteti, Yeditepe Universiteti, Yıldız Texnik Universiteti, “Baykar” şirkətinin də daxil olduğu Yıldız Qrup Texnoparkı, Qalatasaray Universiteti, İstanbul Texniki Universiteti, İbn Haldun Universitetinin rəsmi nümayəndələri ilə Bakı konqresinə həsr edilmiş görüşlər olub. Türkiyədən olan gənclər, tələbələr və alimlər konqresə qatılmaq üçün yüksək maraq göstəriblər.
Oxunma sayı: 381-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub