Selçuk Bayraktar Türkiyədə “TEKNOFEST”ə qatılan “RED X” komandasının üzvləri ilə görüşüb
Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalının final mərhələsinə vəsiqə qazanan Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrdən ibarət “RED X” komandasının layihəsi ilə tanış olub.
Xəbər15 məlumat verir ki, Selçuk Bayraktar “RED X” komandasının sərgidə hərbi məqsədli PUA layihəsi ilə iştirak edən yeganə Azərbaycan komandası olmasını xüsusi vurğulayıb və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti Hasan Mandal da layihə ilə yaxından tanış olub.
“RED X” komandası Türkiyədə keçiriləcək “TEKNOFEST-2023”də hərbi məqsədli tibbi ləvazimat daşıya bilən, kuryer vəzifəsini yerinə yetirə və bənzər yerlərdə əlverişliliyini göstərə bilən sabit qanadlı, sadə və erqonomik PUA ilə təmsil edilir.
Tələbələrin ərsəyə gətirdiyi PUA Bursa şəhərindəki sınaq uçuşlarından sonra aprelin 27-dən mayın 1-dək İstanbulda keçiriləcək festivalda nümayiş olunacaq.
Oxunma sayı: 431-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib