Sergey Lavrov: “Türkiyə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında konstruktiv rol oynaya bilər”
“Moskva Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş bütün razılaşmaların reallaşdırılmasında maraqlıdır”.
Xəbər15 məlumat verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla Moskvada görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“Rusiya Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında, eləcə də 2022-ci ilin noyabrından başlayaraq Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında, o cümlədən kommunikasiyaların açılması və böhrandan sonrakı bərpa üzrə əldə olunmuş bütün razılaşmaların reallaşdırılmasında maraqlıdır. Biz əminik ki, Türkiyə bu səylərdə konstruktiv və faydalı rol oynaya bilər”, – deyə Rusiya Federasiyasının xarici işlər naziri vurğulayıb.
Oxunma sayı: 244-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub