SOCAR-ın Türkiyədəki NEZ-i neft məhsullarının ixracını 11 dəfəyədək artırıb
Bu ilin yanvar ayında Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən “Star Rafineri” neft emalı zavodu (NEZ) 966 668,636 ton neft və neft məhsulları idxal edib ki, bu da illik müqayisədə 26 faiz çoxdur.
Xəbər15 Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən məlumat verir ki, 2022-ci ilin yanvar ayında zavod 767 385,504 ton neft idxal edib.
Məlumata görə, hesabat dövründə NEZ 415 313,019 ton neft məhsulları ixrac edib ki, bu da illik müqayisədə 11 dəfəyə yaxın çoxdur.
Əlavə etmək lazımdır ki, 2022-ci ilin müvafiq dövründə qeyd olunan göstərici 38 253,628 ton səviyyəsində olub.
Oxunma sayı: 412OXŞAR XƏBƏRLƏR
-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub