STAR neft emalı zavodunun tədarüklərinin həcmi azalıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodunda (NEZ) 2023-cü ilin fevral ayında 2022-ci ilin analoji dövründəki 838 min 922 tonla müqayisədə 819 min 675 ton neft tədarük olunub (təqribən 3 faiz azalma).
Xəbər15 bu barədə bazar ertəsi Türkiyə Enerji Bazarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən xəbər verir.
EPDK-nin hesabatına əsasən, NEZ qeyd olunan dövrdə təqribən 528 min 242 ton dizel yanacağı, 115 min 274 ton digər məhsullar, 4831 ton ağır vakuumlu qazoyl, 20 min 943 ton maye karbohidrogen qazı, 131 min 813 ton nafta, 73 min 729 ton neft koksu və 31 min 407 ton qaz istehsal edib.
Xatırladaq ki, investisiya dəyəri 6,3 milyard olan STAR neft emalı zavodu 2018-ci ilin oktyabrında istismara verilib. Layihənin dəyərinin təqribən 3,3 milyard dolları kreditlərin hesabına qarşılanıb. STAR zavodunun investisiyalarının ümumi həcminin 7 milyard dollar təşkil edəcəyi gözlənilir.
STAR neft emalı zavodunun illik emal gücü təqribən 10 milyon ton təşkil edir. Zavod gündəlik 214 min barel xam neft emal etmək qabiliyyətinə malikdir.
Oxunma sayı: 323-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub