Stolüstü tennisçilərimiz Antalyada daha bir medal qazanıblar
Stolüstü tennisçilərimiz Onur Quluzadə ilə Yağmur Məmmədli Dünya Stolüstü Tennis Təşkilatının (WTT) Antalyada təşkil etdiyi “WTT Youth Contender” yarışının qarışıq-qoşa turnirində bürünc medala layiq görülüblər.
Xəbər15 məlumat verir ki, səkkizdəbir finalda Türkiyəni təmsil edən Nehir Çinar – Çelik Yağız cütünə qalib gələn idmançılarımız ardınca Elif Akyürek – Ahmed Gülenler (Türkiyə) tandemini də mübarizədən kənarlaşdırıblar.
Yarımfinalda yerli Görkem Ocal – Busra Demir cütünə uduzan stolüstü tennisçilərimiz fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.
Yarışın ilk günlərində Yağmur Məmmədli şəxsi mübarizədə yarışın gümüş, Mərziyyə Nurmətova isə bürünc mükafatını qazanıb.
İyirmi ölkənin idmançılarının qatıldığı turnirə martın 25-də yekun vurulacaq.
Oxunma sayı: 401-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub