Taekvondo üzrə qadınlardan ibarət Azərbaycan millisi Türkiyəyə yollanıb
Taekvondo üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyəyə yollanıb.
Xəbər15 Azərbaycan Taekvondo Federasiyasına istinadla xəbər verir ki, yığmamız baş məşqçi Sin Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında İstanbulda Böyükşəhər Bələdiyyəsinin komandası ilə birgə təlim-məşq toplanışı keçəcək.
Hazırlıq prosesində Fəridə Əzizova, Patimat Abakarova, Minayə Əkbərova, Zemfira Həsənzadə, Məryəm Məmmədova, Səmərrux Osmanova, Paniz İsmailpur və Fatimə Məcidova iştirak edəcəklər.
Məşqlər aprelin 26-da başa çatacaq. Komanda ertəsi gün Bolqarıstana yollanacaq və burada klublararası Avropa çempionatında gücünü sınayacaq.
Qeyd edək ki, Sofiyada keçiriləcək yarış aprelin 30-da bitəcək.
Oxunma sayı: 477OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib