TBMM sədri: Enerji təhlükəsizliyi məsələsində Azərbaycan və Qazaxıstanın rolu artmaqdadır

İqtisadiyyat - 28 Aprel 2023 17:48 A A

Dünyada enerji təhlükəsizliyi məsələsində Azərbaycan və Qazaxıstanın rolu artmaqdadır.

Xəbər15 məlumat verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.

TBMM sədri əlavə edib ki, enerji təhlükəsizliyi sahəsində Azərbaycan və Qazaxıstanın regional sərhədləri aşan və qlobal təhlükəsizliyə töhfə verən səyləri görünür: “Dünya iqtisadiyyatı həssas zəncirlərlə bir-birinə bağlıdır. Bu zəncirin birinin qırılması çox ciddi problemə çevrilə bilir”.

TBMM sədri bildirib ki, gələcək bizim üçün təkcə iqtisadi deyil, mədəni və ictimai təhlükələr də gətirəcək: “Türk dövlətləri hər zaman başqa xalqlar üçün də ədalət istəyib. Bu günün dünyası ədalətsizliklərlə doludur. Müsəlman cəmiyyətlər haqsızlığa ən çox məruz qalanlar sırasındadr. Bu gün yaşanan problemlər üçün günahkarı başqa yerdə axtarırlar. Daha ədalətli dünya üçün problemlərin danışılaraq həll edilməsi vacibdir”.

Oxunma sayı: 339
İqtisadiyyat - 17:48 A A
OXŞAR XƏBƏRLƏR