Telman Nüsrətoğlu: Kritik coğrafiyada yerləşən Türkiyənin milli müdafiə sənayesinin güclü olması çox vacibdir
Türkiyə kimi çox kritik geofərqli coğrafiyada yerləşən ölkənin milli müdafiə sənayesinin güclü, qüdrətli olması çox vacibdir. Çünki Türkiyə dünya balansı baxımından da çox önəmli bir ölkədir. Tarixini, mədəniyyət coğrafiyalarını da düşündüyümüz zaman böyük və qüdrətli orduya, milli müdafiə sənayesinə böyük ehtiyac var.
Bu barədə Xəbər15-ə açıqlamasında tarix üzrə elmlər doktoru Telman Nüsrətoğlu deyib.
“Biz bilirik ki, Prezidentin Rəcəb Tayyib Erdoğanın iqtidara gəlməsindən sonrakı dövrdə, xüsusi ilə, milli müdafiə sənayesində çox ciddi həmlələr həyata keçirildi. Bunlara istər Baykar şirkətinin istehsal etdiyi silahlı və silahsız, insansız hava aparatların, istər təyyarə daşıyan milli gəminin təhvil verilməsi, istər ağıllı raketlər sistemlərinin, elektronik hərb sistemlərin istehsal olunması aiddir”, – deyə Telman Nüsrətoğlu vurğulayıb.
O bildirib ki, bir sıra başqa istiqamətlərdə də çox ciddi həmlələr həyata keçirilib. Burada “Aselsan”, “Havelsan” kimi şirkətlər dünyada artıq müdafiə sənayesi şirkətləri arasında ilk 100-ə daxil olub. Bütün bunlar – Türkiyə milli müdafiə sənayesinin nailiyyətləri, uğurları, eyni zamanda, Azərbaycanın da imkanları deməkdir. Çünki orada hər hansı bir yeni silah və ya hərbi təyyarə istehsal olunmağa başladığı zaman ilk prototipləri Azərbaycan Prezidentinə də təqdim edilir: “Bu, Azərbaycan ilə Türkiyənin dünyada örnəyi olmayan qardaşlığının, strateji ittifaqının modelinin göstəricisidir. Türkiyənin müdafiə sənayesi həqiqətən qibtə ediləcək yüksəlişə doğru gedir”.
Oxunma sayı: 530-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb