Trabzonda YAP nümayəndə heyəti ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti qardaş Türkiyə Respublikasında səfərdədir.
Partoyadan Xəbər15-ə bildirilib ki, səfər çərçivəsində YAP nümayəndə heyəti Trabzon böyükşəhər bələdiyyəsində görüş keçirib.
Görüşdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Trabzon böyükşəhər bələdiyyəsinin sədri Murat Zorluoğlu, Milli Məclisin deputatları Şahin İsmayılov, Nizami Cəfərov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmlər doktoru, professor İradə Hüseynova iştirak ediblər.
Görüş zamanı iki qardaş ölkənin müxtəlif sahələrdə uğurla inkişaf edən əlaqələrindən söhbət açılıb və bu əlaqələrin bütün dünyaya nadir nümunə olduğu vurğulanıb.
Sonda Trabzon Bələdiyyə sədri Murad Zorluoğlu Azərbaycan nümayəndə heyətinə xatirə hədiyyələri təqdim etdi.
Oxunma sayı: 377-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb