Türkiyə Azərbaycan qazı üçün şəbəkələrinin ötürücülük qabiliyyətini artıra bilər

İqtisadiyyat - 15 Mart 2023 15:02 A A

Türkiyə Avropanın Rusiya qazına alternativ kimi qəbul etdiyi Azərbaycan qazı üçün öz şəbəkələrinin ötürücülük qabiliyyətini artıra bilər.
Xəbər15 “Hürriyet”ə istinadla məlumat verir ki, bu sözləri Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.
“Rusiyanın neft və qazını kompensasiya etmək üçün iki mümkün alternativ var. Bunlardan birincisi, Azərbaycandan Türkiyəyə ixrac olunan qazdır. Biz kəmərlərin ötürücülük qabiliyyətini artıra bilərik”, – deyə İ.Kalın bildirib.
Onun sözlərinə görə, ikinci alternativ Şərqi Aralıq dənizinin enerji ehtiyatlarıdır.

Oxunma sayı: 415
İqtisadiyyat - 15:02 A A
OXŞAR XƏBƏRLƏR