Türkiyə Azərbaycana ən çox turist göndərən ikinci ölkədir

Turizm - 18 Aprel 2023 20:28 A A

Türkiyə Azərbaycana ən çox turist göndərən ikinci ölkədir.

Xəbər15 “TRT Haber”ə istinadla məlumat verir ki, bunu İstanbulda keçirilən 26-cı Beynəlxalq Şərqi Aralıq dənizi Turizm Sərgisi (EMİTT) çərçivəsində Ankara ilə Bakı arasında inkişaf edən əlaqələrin turizmə təsiri barədə danışan Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Bəhruz Əsgərov bildirib.

Diqqətə çatdırıb ki, iki ölkə arasında fərqli sahələrdə, eyni zamanda, turizmlə bağlı əməkdaşlıq artıb. Türkiyədən gələn turistlər Azərbaycanın turizm potensialında çox mühüm mövqeyə malikdir. Hazırkı göstəricilərə əsasən, Türkiyə Azərbaycana ən çox turist göndərən ikinci ölkədir.

Türkiyədən Azərbaycana gələn turistlərin sayının 311 mindən çox olduğunu söyləyən Bəhruz Əsgərov qarşıdakı dövrdə tədricən artım olacağını gözlədiklərini vurğulayıb: “Qardaş ölkədən Azərbaycana böyük maraq var. Təbii ki, burada həm tarixi əlaqələr, həm də bir-birimizi asanlıqla başa düşməyimiz çox vacibdir. Dilimiz, adət-ənənələrimiz çox oxşardır. Türkiyədən Azərbaycana gələn turist heç bir çətinlik çəkmir. Əksinə, bəlkə də ən rahat tətillərindən biri olur. Türkiyə vətəndaşlarının Azərbaycana gəlməsi üçün viza tələbi yoxdur. Onlar yalnız şəxsiyyət vəsiqəsi ilə gəlib ölkəmizdə 1 ay qala bilərlər”.

Oxunma sayı: 429
Turizm - 20:28 A A
OXŞAR XƏBƏRLƏR