Türkiyə Azərbaycana sement, şüşə, keramika və torpaq məmulatlarının ixracını artırıb

İqtisadiyyat - 5 Aprel 2023 15:26 A A

Cari ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana 13 milyon 233 min dollar dəyərində sement, şüşə, keramika və torpaq məmulatları ixrac edilib ki, bu da 15,6 faiz artım deməkdir.

Xəbər15 məlumat verir ki, həmçinin martda Türkiyədən ölkəmizə 4 milyon 121 min dollar sement, şüşə, keramika və torpaq məmulatları ixrac edilib. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə 0,4 faiz artım deməkdir.

Oxunma sayı: 377
İqtisadiyyat - 15:26 A A
OXŞAR XƏBƏRLƏR