Türkiyə Cəfəriləri icmasının rəhbəri Laçın yolu ilə bağlı məlumatlandırılıb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cəfəriləri icmasının lideri Səlahəddin Özgündüz və icmanın bir sıra digər nümayəndələri ilə iftar süfrəsində görüşüb.
Bu barədə Xəbər15-ə QMİ-dən məlumat verilib.
Görüşdə QMİ sədri Türkiyə Cəfəriləri icmasının fəaliyyəti, icmanın Azərbaycana qardaş münasibət bəslədiyi, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı verdiyi mənəvi dəstək haqqında məlumatlı olduğunu ifadə edərək, buna görə qarşı tərəfə öz minnətdarlığını bildirib.
S.Özgündüz Azərbaycan və bütün Qafqaz müsəlmanlarının lideri Şeyxülislam ilə görüşməkdən şərəf duyduğunu ifadə edib.
Şeyxülislam A.Paşazadə Türkiyə Cəfəriləri icmasının həyat və fəaliyyəti ilə maraqlanıb, azad olunmuş Qarabağ torpaqlarında mədəni-tarixi irsimizə erməni vandalizminin vəhşicəsinə vurduğu zərər haqqında, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra burada aparılan yenidənqurma və bərpa, xüsusilə də minalardan təmizləmə işlərinin gedişi barədə söz açıb.
QMİ sədri Laçın yolu ilə bağlı gerçəkləri də Türkiyə Cəfəriləri icmasının rəhbərinin nəzərinə çatdırıb.
Tərəflər gələcək əməkdaşlıq perspektivlərini, o cümlədən, Türkiyə Cəfəriləri icması nümayəndə heyətinin yaxın zamanda Azərbaycana səfərini müzakirə ediblər.
Oxunma sayı: 404-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub